Fon der Lyayen sabah Ukraynaya səfər edəcək

14.07.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Gill məlumat verib.

O, Aİ liderinin Kiyevə səfərini təsdiqləsə də, səfərin məqsədi barədə ətraflı məlumat verməyib.

"Prezident Fon der Lyayen sabah Kiyevdə olacaq. Təhlükəsizlik baxımından hazırda əlavə təfərrüatları təsdiqləyə bilmirik”, – Gill bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью