Fon der Lyayen: Sülhə gedən yol gücdən keçir

02.03.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “Avropanın müdafiəsini gücləndirməklə” Ukraynaya dəstək vəd edib.

Bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Mən Avropanın Ukraynaya davamlı dəstəyini vurğulamaq üçün Londona gedirəm ki, bu da bu ölkədə ədalətli və davamlı sülhə gətirib çıxara bilər. Sülhə gedən yol gücdən keçir. Zəiflik yeni müharibələr doğurur. Biz Ukraynanı dəstəkləyəcəyik, eyni zamanda, Avropanın müdafiəsini gücləndirəcəyik”, - paylaşımda yazılır.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью