Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları 442,8 milyon manat məbləğində 4 309 kredit, o cümlədən, 347,2 milyon manat məbləğində 3 153 adi ipoteka krediti və 95,6 milyon manat məbləğində 1 156 güzəştli ipoteka krediti verib.
Bu barədə Fond xəbər verir.
Məlumata görə, bununla da qurumun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,76 milyard manatı keçib ki, bu da 56 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 1 yanvar 2026-cı il tarixinə Fond 139,9 milyon manat məbləğində 1 490 ipoteka krediti üzrə zəmanət verib.
Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 %-ə yaxını isə regionların payına düşüb.