Fond rəhbəri işdən çıxdı Nazirdən müvəqqəti təyinat

01.10.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Elm və Təhsil Nazirliyi nəzdində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, onun əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilib.

Fondun İdarə Heyətinin sədri vəzifəsi müvəqqəti olaraq Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlıya həvalə olunub.

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью