Fond rəhbəri: Təhsil istiqamətində şəhid ailə üzvlərinin 1730 müraciəti təmin edilib

08.12.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 1 450 və yaralıların 280 müraciəti olmaqla, ümumilikdə, 1 730 müraciət təmin edilib.

APA xəbər verir ki, bunu "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat çıxışında bildirib.

"Təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına və yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 5 952 970.32 AZN təşkil edir", - o qeyd edib.

Elvin Hüseynov bildirib ki, bu vəsaitin 1 381 242.77 AZN-i yaradıcı potensialın inkişafı üzrə həyata keçirilən layihələr üçün tərəfdaşlar tərəfindən ödənilib: "Rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2 000 AZN təsis edilərək, ümumilikdə 266 şəxsin (187 şəhid ailə üzvü və 79 müharibə əlili) hesabına vəsait köçürülüb".

Fond rəhbəri həmçinin istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə "Yaşat" Fondu tərəfindən xərclənən vəsaitin 7 milyon 11 min 408 manat təşkil etdiyini bildirib: "İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla, ümumilikdə, 2 300 müraciət təmin edilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью