Fond yeni rəqəmləri açıqladı Artım nə qədərdir?

15.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ilin əvvəlindən 5 milyard 712 milyon manat təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fondun gəlirləri yanvar-avqust aylarında proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olub. Pepperoni pizza

Gəlirlər tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da artıb. Belə ki, bu istiqamətdə daxilolmalar proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manata çatıb.

Qeyd olunub ki, hesabat dövründə DSMF-nin xərcləri 5 milyard 494 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 490 milyon manat çoxdur.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью