Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, deputat Vüqar Bayramov Birgə İnvestisiya Fondunun 200 milyon dollarlıq vəsaitinin hansı istiqamətlərə xərclənəcəyi ilə bağlı mövqeyini açıqlayıb.
O bildirib ki, Fondun vəsaitinin 200 milyon dollara çatdırılması sahibkarlar üçün yeni fürsətdir: “Çünki, sahibkarlar öz layihələrini təqdim etməklə fonddan maliyyə cəlb edə bilirlər və bu imkan daha da genişlənməkdədir. Fond tərəfindən artıq bir sıra layihələrin maliyyələşdirilməsi həyata keçirilməkdədir. Mətbuata bəyatında cənab Prezidentin qeyd etdiyi kimi, Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Daha öncə, Fond Qırğızıstanda kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Bütövlükdə, fondun nizamnamə kapitalı Azərbaycan, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır. Fondun imkanlarının genişləndirilməsi iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da gücləndirir”.
Mürtəza