Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Lion”un baş məşqçisi Paulo Fonseka “Fənərbaxça” ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra jurnalistin sualına emosional reaksiya verib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 1:2 hesabı ilə uduzduqları matçda gec etdiyi əvəzetmələrlə bağlı suala belə cavab verib:
“Bu, həmişə eyni sualdır. Amma artıq öyrəşmişəm. Nə deyə bilərəm? Oyunun sonunda dəyişikliklər barədə danışmaq çox asandır. Həmişə eyni şeydir. Bəlkə də buna görə pis məşqçiyəm. İzahı budur”.
Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. İki görüşün nəticəsinə əsasən 3:2 hesabı ilə qalib gələn “Fənərbaxça” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.