Fonseka klubdan ayrılır Təzminat ödəyəcək

04.11.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Lion” baş məşqçi Paulo Fonsekanın klubdan ayrıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

 Bildirilir ki, o, Portuqaliyanın “Sportinq” klubuna qoşulacaq.

Mənbənin bildirdiyinə görə, “Sportinq”dən iş təklifi aldıqdan sonra Fonseka “Lion” rəhbərliyinə mövsümün gedişində komandadan ayrılmaq niyyətində olduğunu bildirib. Qeyd olunur ki, müqaviləyə vaxtından əvvəl xitam verilməsi müqabilində Portuqaliya klubu “Lion”a 5 milyon avro təzminat ödəyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью