Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın “Lion” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Paulo Fonseka komandanı tərk edib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Fonsekanın yeni iş yeri də müəyyənləşib. O, Portuqaliyanın “Sportinq” klubuna rəhbərlik edəcək. Məlumata görə, yeni klub mütəxəssisin müqaviləsinin ləğvi üçün “Lion”a 5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 2025-ci ilin yanvarından “Lion”a rəhbərlik edən Fonseka komandanın başında 83 oyuna çıxıb. O, daha əvvəl “Milan”, “Lill”, “Roma”, “Şaxtyor” və “Braqa” klublarında da çalışıb.
PSJ klub tarixində ilkə imza atıb Yamal Mbappenin rekordunu qırdı “Sabah” və “Fənərbaxça”nın oyunları bu kanallarda – TV AFİŞA Arda Turandan etiraf: “Onlara nifrət etmirəm” PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!