Fonseka Milanla belə vidalaşdı

31.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Milan"dan istefa verən Paulo Fonseka İtaliya klubu ilə vidalaşıb.

QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis sosial şəbəkə hesabında bununla bağlı yazıb:

"Vidalaşmağın vaxtıdır. “Milan”da işlədiyim üçün fəxr edirəm. Bu böyük klubun tarixinə və ənənələrinə hörmət etmək üçün hər zaman ürəyimi və ruhumu vermişəm. “Milan”da olduğum müddətdə heyətimə, oyunçularıma, azarkeşlərimə və mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Kluba gələcək üçün ən yaxşısını arzulayıram”.

Ötən gün istefa verən Fonseka 2024-cü ilin yayından "Milan"ı çalışdırırdı.

“Milan” A seriyasının turnir cədvəlində 17 oyundan sonra 27 xalla 8-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью