Football Meets Data millimizi sonuncu pillədə görür

25.03.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda qərarlaşan Azərbaycan millisindən bu turnirdəki gözləntilər bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.
Yığmamızın qrup lideri olması ehtimalı 0.2 faiz hesab edilib. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 4 faiz gözlənti ilə ikinci sırada qərarlaşa bilər.
Komandanın üçüncü olmaq ehtimalı 29 faiz, dördüncü - sonuncu yeri tutması isə 67 faizdir.
Qeyd edək ki, D qrupunda Fransa, Ukrayna və İslandiya seçmələri də mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью