Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ermənistan Fransadan, yoxsa Hindistandan qırıcı alacaq?
ABŞ-ın dünyaca məşhur “Forbes” jurnalında “How Armenia Might Respond To Azerbaijan’s JF-17 Fighter Acquisition” (Ermənistan Azərbaycanın JF-17 qırıcısını almasına necə cavab verə bilər) adlı irihəcmli məqalə təqdim edib.
Müəllif Paul Iddon yazır ki, Pakistan hökuməti cümə günü sosial media platforması X-də təsdiqlədi ki, Azərbaycan 4,6 milyard dollarlıq müdafiə sazişi çərçivəsində JF-17 qırıcılarının sifarişini 16-dan 40-a qaldırıb.
JF-17C Block III qırıcısının 4.5-ci nəsil olmasını qabardan yazar bildirir ki, bununlada Azərbaycan qırıcıların sayı baxımından Ermənistanı 10 dəfə geridə qoymuş oldu.
Azərbaycanın xeyli köhnəlsə də keyfiyyətli təmirdən çıxmış MiQ-29 qırıcı donanmasını, İsrail və Türkiyə istehsalı olan qabaqcıl dronlarını nəzərə almasaq belə 40 ədəd JF-17C Block III qırıcısı rəsmi Bakıya ciddi üstünlüklər verir.
Təbii ki, Ermənistan Pakistanla Azərbaycan arasında baş tutmuş bu alış-verişdən xeyli narahatdır.
Ancaq varlı Azərbaycanla silahlanmada rəqabət aparmaq məhdud imkanlı Ermənistan üçün xeyli çətindir.
Tərəflər arasında müharibə ehtimalının aşağı olduğunu yazan müəllif bildirir ki, Zəngəzur dəhlizinə görə müəyyən münaqişələrin olması da istisna edilə bilməz.