Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Nvidia" şirkətinin keçmiş rəhbəri Jensen Huang ətrafında yaranan qalmaqal şirkətlə əlaqəli üç yüksək vəzifəli şəxsin sərvətinə ciddi təsir göstərib. Onlar milyarder statusunu itiriblər.
Banco.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Məlumata görə, milyarder statusunu itirən şəxslər Nvidia-nın maliyyə direktoru və müvəqqəti baş direktoru Kolet Kress, şirkətin beynəlxalq əməliyyatlar üzrə keçmiş icraçı vitse-prezidenti Cey Puri və direktorlar şurasının üzvü Bruk Seveldir.
Nəşrin hesablamalarına əsasən, onların hər birinin sərvəti 300 milyon dollar azalaraq təxminən 900 milyon dollara düşüb.
Qalmaqal Jensen Huangın sərvətinə də təsirsiz ötüşməyib. Onun ümumi sərvətinin təxminən 62 milyard dollar azalaraq 145 milyard dollara düşdüyü bildirilir.
Bundan başqa, Nvidia-nın idarə heyətinin üzvləri və vençur investorları Mark Stivens və Tenç Koksun da sərvətləri azalıb.