“Forbes” “Qarabağ”ın təşəbbüsü ilə yaradılan alyansdan yazdı

19.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Məşhur “Forbes” nəşri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın və Avropa Klublar Assosiasiyasının təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansının yaradılmasından yazıb. 

Gununsesi.info  xəbər verir ki, nəşr alyansa məşhur klubların qatıldığını qeyd edib.

Yazıda bildirilib ki, “Atletiko”, “Fənərbaxça”, “Flamenqo”, “Qalatasaray”, “Liverpul”, “Malmö”, “Porto”, “Betis”, “Tottenhem” və “Udineze” kimi klublar alyansa qatılıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью