“Forbes”in siyahısında ən gənc milyarderin 19 yaşı var

01.04.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Forbes” jurnalının dünyanın ən varlı adamları reytinqinin ən gənc üzvü Almaniyanın əczaçılıq şirkəti “Boehringer Ingelheim”in varislərindən biri, 19 yaşlı Yohannes fon Baumbax olub.

“Report”un məlumatına görə, nəşr onun sərvətini 5,4 milyard ABŞ dolları həcmində qiymətləndirir.

“Forbes” siyahısında ən yaşlı milyarder isə “Mercury General” sığorta şirkətinin qurucusu 103 yaşlı amerikalı Corc Cozefdir.

2025-ci ildə jurnalın siyahısına 3 028 nəfər, o cümlədən 406 qadın daxil edilib. 3 min milyarderin ümumi sərvəti rekord həddə - 16,1 trilyon ABŞ dollarına çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью