Ford 48 milyard dollardan çox gəlir əldə etdi

08.02.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Amerikanın avtomobil istehsalçısı "Ford Motor" ötən ilin dördüncü rübündə gəlirini 5% artırıb.
Avtosfer.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Məlumata görə, "Ford"un düzəliş edilmiş mənfəəti və gəliri son rübdə bazar gözləntilərini üstələyib.

Oktyabr-dekabr aylarında xalis mənfəət 1,8 milyard dollar və ya hər bir səhm üçün 0,45 dollar olub. Ötən il şirkət 500 milyon dollar və ya hər bir səhm üçün 0,13 dollar xalis zərərlə üzləşib.

Avtomobil istehsalçısının rüblük gəliri isə 46 milyard dollardan 48,2 milyard dollara yüksəlib.

"Ford" cari il üçün 8-9 milyard dollar kapital qoyuluşu planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью