“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək

21.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Elektrikli avtomobillərə tələbatın azalması və Çin istehsalçıları ilə şiddətli rəqabət səbəbindən “Ford” şirkəti 2027-ci ilin sonuna qədər Avropada təxminən 4 min iş yerini ixtisar etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunur ki, ixtisarlar Almaniyada 3 min, Böyük Britaniyada isə 800 işçiyə təsir edəcək və bu, avtomobil istehsalçısının Avropadakı işçi qüvvəsinin 14 %-ni təşkil edəcək.

İxtisarlar həmkarlar ittifaqları ilə müzakirə edilir, şirkət isə diqqətini daha ​​gəlirli sahələrə yönəldəcək. Daha əvvəl “Ford”un rəhbəri Cim Farli elektrikli avtomobillərin istehsalının 40 % daha az işçinin tələbatına dair xəbərdarlıq etmişdi.

“Ford”un Avropada rəqabətədavamlı qalmasını təmin etmək üçün qətiyyətli addımlar atmağımız çox vacibdir”, - şirkətin vitse-prezidenti Deyv Conston söyləyib.

Oxşar vəziyyət Almaniyada zavodlarını bağlamağı və tələbin azalması və bazar payının itirilməsi səbəbindən genişmiqyaslı ixtisarlar planlaşdıran “Volkswagen”də də müşahidə olunur.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью