“Ford” “KamAz”a çırpıldı 25 yaşlı gənc öldü

13.06.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford Transit” markalı avtomobil “KamAz” markalı yük avtomobilinin qoşqusuna çırpılıb.

Nəticədə “Ford” markalı avtomobilin sürücüsü,  Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью