“Ford” “KamAz”a çırpıldı: Ölən var

13.06.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford Transit" markalı avtomobil "KamAz" markalı yük avtomobilinin qoşqusuna çırpılıb.

Nəticədə "Ford" markalı avtomobilin sürücüsü,  Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad  İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью