“Ford” “KamAz”a çırpıldı Ölən var Fotolar

13.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford Transit” markalı avtomobil “KamAz” markalı yük avtomobilinin qoşqusuna çırpılıb.

Nəticədə “Ford” markalı avtomobilin sürücüsü,  Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad  İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью