“Ford Motor” tarixində ən böyük rüblük zərərini açıqlayıb

11.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 fevral, AZƏRTAC

Ötən ilin dördüncü rübündə “Ford Motor Company” şirkətinin xalis zərəri 11,1 milyard dollara çatıb. Halbuki şirkət 2024-cü ilin eyni dövründə 1,8 milyard dollar mənfəət əldə etmişdi.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Ford Motor”un elektrik avtomobilləri və proqram təminatı bölməsi 2025-ci ilin son rübündə 4,8 milyard dollar zərərə uğrayıb. Cari ildə isə itkilərin 4-4,5 milyard dollar arasında olacağı gözlənilir.

Qeyd edək ki, bir müddət öncə Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı – “Honda Motor” ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini bildirib. Şirkətin üçüncü rübdə əməliyyat mənfəəti əvvəlki ilin analoji dövrü ilə müqayisədə 61,4 faiz azalaraq 987,07 milyon dollar təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью