“Ford Transit” yol kənarında dayanan maşınlara çırpıldı Ölən var

29.07.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu gün saat 13 radələrində Şamaxı rayonu ərazisində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” markalı avtomobilə çırpılıb.

Nəticədə “VAZ”ın sərnişini, nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью