Ford və Opel toqquşdu Xəsarət alanlar var

08.08.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaxda qəza baş verib.

"Unikal" xəbır verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Səmayə Şıxəliyeva və Elçin adlı Qax rayon Qaşqacay kənd sakini xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью