Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
...Çin liderləri ABŞ ilə münasibətlərdəki mövcud vəziyyəti səhv qiymətləndirə, ABŞ prezidenti Donald Trampın gözlənilməz siyasətini Amerikanın uzunmüddətli zəifləməsinin əlaməti kimi qəbul edə bilərlər.
Pekin ümid edir ki, ABŞ daxilində siyasi bölünmələr və xarici siyasət prioritetlərinin dəyişməsi Çinin təsirini gücləndirməsi üçün əlavə imkanlar açacaq. Lakin belə bir qiymətləndirmə ciddi strateji səhv hesablamalara səbəb ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Affairs yazır.
Çin prezidenti Si Cinpin və onun ətrafı hazırkı dövrü fürsət dövrü kimi görürlər. Vaşinqton Çinlə strateji qarşıdurma ilə bağlı ritorikasını yumşaldıb və ABŞ administrasiyası diqqətini Latın Amerikası, eləcə də Yaxın Şərq də daxil olmaqla digər bölgələrə yönəldib.
Pekin həmçinin ABŞ-ın hazırkı kursunun müvəqqəti ola biləcəyini də irəli sürür. Aralıq seçkilərdən və ya Trampın getməsindən sonra Vaşinqton Çinə qarşı daha sərt xəttə qayıda bilər.
Lakin Amerika siyasətinin gözlənilməzliyi hərbi gücünün itirilməsi demək deyil.
ABŞ-ın İran və Venesuelaya qarşı əməliyyatları Vaşinqtonun güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirib. Pekin Amerika ordusunun imkanlarını nəzərə almağa davam edir və onunla birbaşa qarşıdurmanın son dərəcə təhlükəli olacağını başa düşür.
Eyni zamanda, Çin hərbi modernləşdirməsini sürətləndirir, özünün qabaqcıl yarımkeçiricilər istehsalını inkişaf etdirir və ABŞ-dan texnoloji asılılığını azaltmağa çalışır.
Əsas təhlükə ondan ibarətdir ki, Çin rəhbərliyinin Amerika təsirinin zəifləməsinə inam onu Tayvanla bağlı da daxil olmaqla daha riskli addımlar atmağa sövq edə bilər.
Əli Babayev