Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Amerikanın “Foreign Policy” jurnalında dərc olunan materialda belə deyilir.
Lakin Rusiyanın iqtisadi sektorunda rol oynamış bəzi şəxslər daha az optimistdir. Onlar ticarətin sülhə zəmanət verə biləcəyi perspektivini və Rusiyanın istifadə olunmamış Eldorado (qızıl və qiymətli daşlarla dolu mifik Cənubi Amerika ölkəsi) olduğunu şübhə altına alır.
“Daşınmaz əmlak istehsalçısı, ABŞ prezidenti Donald Trampın dostu və onun Ukraynadakı müharibənin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sülh müqaviləsindən sonra Rusiya ilə ticarət müqavilələrini gələcək hərbi əməliyyatlara qarşı zəmanət kimi qiymətləndirir”, – nəşr yazır.
Jurnal ötən ilin noyabrında Uitkoffun “Wall Street Journal (WSJ)” qəzetinə verdiyi müsahibədən “Əgər hamı çiçəklənirsə və hamı prosesin bir hissəsidirsə, hamı bundan faydalanırsa, bu, təbii şəkildə gələcək münaqişəyə qarşı istehkam olacaq” ifadəsini sitat gətirir.
Eyni zamanda, Tramp administrasiyası, görünür, sülh elan olunarsa, əldə edilə biləcək böyük gəlirləri gözləyir. Belə ki, Uitkoff Rusiyanın çoxlu böyük resursları və geniş ərazisi olduğunu da vurğulayıb.
“Foreign Policy” qeyd edir ki, görünür, ABŞ prezidenti Donald Tramp da tam nikbindir: ötən ilin fevral ayında o, Rusiya prezidenti Vladimir Putinlə ABŞ və Rusiya arasında “böyük iqtisadi inkişaf sazişlərini” müzakirə etdiklərini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Lakin Rusiyanın iqtisadi sektorunda rol oynamış bəzi şəxslər daha az optimistdir. Onlar ticarətin sülhə zəmanət verə biləcəyi perspektivini və Rusiyanın istifadə olunmamış Eldorado (qızıl və qiymətli daşlarla dolu mifik Cənubi Amerika ölkəsi) olduğunu şübhə altına alır.