Foreign Policy: “Türkiyə Silahları ABŞ ı ələ keçirir...” | Icma.az
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Ucuzdur və bütün dünyada tələb olunur...
...Son illərdə Türkiyə Avropa və Amerika istehsalçılarını sıxışdıraraq ABŞ-a ən böyük odlu silah tədarükçüsünə çevrilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Foreign Policy” yazır.
Türkiyə brendləri arasında lider ucuz, lakin keyfiyyətli 9 mm-lik yarı avtomatik tapançaları ilə tanınan Samsun Yurt Savunma (SYS) holdinqinin törəmə şirkəti Canik olub.
...Canik tapançaları, ekspertlərin qeyd etdiyi kimi, qiymət və keyfiyyətin əlverişli birləşməsinə malikdir.
Onlar yüngüldür, çəkmək üçün rahatdır və yeni başlayanlar, o cümlədən qadınlar və gənclər üçün uyğundur.
Qiyməti 400 dollardan aşağı olan bu silah xüsusilə aztəminatlı alıcılar arasında məşhurlaşıb.
ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun (ATF) məlumatına görə, 2023-cü ildə cinayət yerində ələ keçirilən silahların 74 faizi tapança olub, onların təxminən yarısı 9 mm-dir.
Tam oxu
Xəbəri oxu