Forma problemi “Xankəndi”yə baha başa gəldi

13.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın IV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

08.10.2026-cı il tarixində I Liqada IV turun “Səbail”– “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

09.10.2026-cı il tarixində I Liqada IV turun “Şimal”– “Xankəndi” oyunu “Xankəndi” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığına görə “Xankəndi” komandası 450 manat cərimə edilsin (maddə 83.5);

10.10.2026-cı il tarixində I Liqada IV turun “Gəncəbasar”– “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Baku Sportinq” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью