Forma problemi “Zaqatala”ya baha başa gəldi

15.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın II turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şahdağ Qusar”– “Karvan-Yevlax” oyununda “Şahdağ Qusar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Şahdağ Qusar”– “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” komandası 750 manat cərimə edilsin (maddə 86.3);

“Şahdağ Qusar”– “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Zaqatala”– “Baku Sportinq” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Zaqatala”– “Baku Sportinq” oyunundan əvvəl “Zaqatala” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Zaqatala” komandası 450 manat cərimə edilsin (maddə 84.1);

“Zaqatala”– “Baku Sportinq” oyunu “Zaqatala” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün “Zaqatala” komandası 450 manat cərimə edilsin (maddə 83.5);

“Səbail”– “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Gəncəbasar”– “Xankəndi” oyununda “Gəncəbasar” komandasının 7 futbolçusu sarı vərəqə aldığı üçün “Gəncəbasar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Gəncəbasar”– “Xankəndi” oyunundan əvvəl “Gəncəbasar” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Gəncəbasar” komandası 450 manat cərimə edilsin (maddə 84.1);

“Gəncəbasar”– “Xankəndi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Gəncəbasar” komandası 750 manat cərimə edilsin (maddə 86.3);

“Gəncəbasar”– “Xankəndi” oyununda “A buraxılışı” olmayan şəxslər texniki zonada olduğuna görə “Gəncəbasar” komandası 300 manat cərimə edilsin (maddə 86.12);

“Gəncəbasar”– “Xankəndi” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

MOİK – “Şimal” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью