Formadakı qüsura görə oyun gec başladı, azarkeşlər 6 oturacaq sındırdı Qərarlar

01.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəvər verir ki, iclasda Misli Premyer Liqasının 28-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”də 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan” klubunun futbolçusunun formasında qüsur olması səbəbindən oyun gec başladığı üçün “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilməsi qərara alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью