Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli premyer-liqasının 2024/25 mövsümündə çempion, medalçılar və elitanı tərk edən komanda artıq müəyyənləşib.
Belə ki, 32-ci turda çempion, 33-cü turda isə gümüş medalın sahibi bəlli olub.
34-cü turda elitanı liqanı tərk edəcək komanda müəyyənləşib, 35-ci turda isə 3-cü və 4-cü yerləri tutan klubların sıralaması rəsmiləşib.
Bununla da premyer-liqada son tur formal xarakter daşıyacaq. Yəni turnir cədvəlində heç bir ciddi dəyişiklik gözlənilmir.
Görəsən, bu, çempionat üçün yaxşı, yoxsa pis əlamətdi? Bu sualı təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq:“Çempionatda bütün nominasiyala
Daha məqsədəuyğun olardı ki, çempionatın son turuna qədər oyunlar gərgin və intriqalı keçsin.
İndi isə istər-istəməz qarşıdakı matçlar formal xarakter daşıyacaq. Baş məşqçilər heyətdə gənc futbolçulara şans verə bilər.