Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
SPORF portalı 2025-ci ildə forması ən çox satılan futbolçuları açıqlayıb.
Futbolpress.az xəbər verir ki, birinci sırada İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal yer alır. 18 yaşlı futbolçunun forması il ərzində 1 milyon 315 min ədəd satılıb.
İkinci sırada Argentina yığmasının və “İnter Mayami”nin futbolçusu Lionel Messi yer alıb. Onun forması 1 milyon 278 min dəfə alınıb.
“Üçlüy”ü “Barselona”nın və polşa yığmasının hücumçusu Robert Levandovski tamamlayır. Onun forması isə 1 milyon 110 min ədəd satılıb.