“Formula 1” 6 gün tez başlayacaq

01.07.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib. Bu barədə “Formula 1“in mətbuat xidməti məlumat yayıb.

Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı. Yeni qrafikə görə, bu il “Formula 1” Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.

M.HACIXANLI 
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью