Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Formula 1 yarışları 33 illik fasilədən sonra yenidən Afrika qitəsində keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Formula 1-in rəsmi saytı məlumat yayıb.
Qurum Ruanda ilə 10 illik müqavilə imzalandığını açıqlayıb.
Razılaşmaya əsasən, Ruandanın Bugesera bölgəsində yeni yarış trası inşa ediləcək. İlk Qran-prinin 2030-cu illərin əvvəllərində keçirilməsi planlaşdırılır.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali razılaşmanı çempionatın tarixində əlamətdar hadisə kimi qiymətləndirib.
Qeyd edək ki, Afrika qitəsində sonuncu Formula 1 yarışı 1993-cü ildə Cənubi Afrika Respublikasının Kyalami trasında keçirilib.
“Formula 1”: Qaliblər mükafatlandırıldı “Formula 1”: Rassell Bakıda çempion oldu “Formula 1”: Norris mübarizəni dayandırdı “Formula 1”: Albonun bolidi sıradan çıxdı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar