Formula 1: Avstriya Qran Prisi 2041 ci ilə qədər keçiriləcək

29.06.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Formula 1 üzrə Avstriya Qran Prisinin müddəti uzadılıb.

News24.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Qran Prinin təşkilatçı şirkəti "Projekt Spilberq"lə müddəti 2041-ci ilə qədər olan müqavilə imzalanıb.

Avstriyadakı tur artıq 37 dəfə "kral yarışları"nın təqviminə düşüb.

Bu gün keçiriləcək Avstriya Qran Prisi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi sentyabrın 19-21-də təşkil olunacaq./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью