Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar 7 məktəbdə tədris distant olacaq

22.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar sentyabrın 22–26-da 7 məktəbdə tədris distant formada təşkil ediləcək.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 6 nömrəli məktəb-lisey, 7, 8 və 23 nömrəli tam orta məktəblər, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli məktəb-lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dərslər distant olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью