Formula 1: Azərbaycan Qran Prisinin təqvimi müəyyənləşib

04.02.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Formula-1 qarşıdakı çempionat üçün yarış həftəsonlarının təqvimini təqdim edib. Sport24.az xəbər verir ki, sentyabrın 19-21-də keçiriləcək Azərbaycan Qran Prisində yarışların başlama saatları da məlum olub.

Azərbaycan Qran-Prisi
19 sentyabr

12:30 - 13:30 – birinci sərbəst yürüş
16:00 - 17:00 – ikinci sərbəst yürüş

20 sentyabr
12:30 - 13:30 – üçüncü sərbəst yürüş
16:00 - 17:00 – təsnifat yarışı

21 sentyabr
15:00 – əsas yarış

2025-ci ildə Formula-1-də 24 mərhələnin keçirilməsi planlaşdırılır: çempionat martın 16-da Avstraliyada start götürəcək və dekabrın 7-də Abu Dabidə başa çatacaq.

Mövsüm altı sprint mərhələsindən ibarət olacaq - Çin, Mayami, Belçika, ABŞ (Austin), San Paulo və Qətərdə.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью