Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Formula 1 Azərbaycan Qran-Prisində əsas yarışın qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Ən yaxşı nəticəni “McLaren”in avstraliyalı pilotu Oskar Piastri göstərib. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub.
Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) üçüncü olub.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.
Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir.