“Formula 1”: Bakıda hərəkət necə təşkil olunacaq?

11.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Sentyabr ayında Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçirilməsi şəhərdə nəqliyyatın hərəkəti ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqini gündəmə gətirir.

Əvvəlki illərdə olduğu kimi, yarış günlərində bir sıra küçə və prospektlərin bağlanması və ya hərəkətin məhdudlaşdırılması paytaxtda nəqliyyat yükünün artmasına səbəb ola bilər.

Üstəlik, bu dövr universitetlərdə yeni tədris ilinin başlamasına təsadüf etdiyindən şəhərdə gündəlik sərnişin və avtomobil axınının da artacağı gözlənilir.

Belə bir vəziyyətdə yolların bağlanması və alternativ marşrutların tətbiqi sürücülərlə yanaşı, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların da gediş-gəlişinə təsir göstərə bilər.

Xüsusilə metro və digər ictimai nəqliyyat vasitələrinin yükünün artması fonunda Bakıda sıxlığın qarşısının necə alınacağı maraq doğurur.

Bəs bu müddətdə hansı alternativ yollar olacaq?

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Cebheinfo.az”-a bildirilib ki, hazırda bu istiqamətdə planlaşdırma işləri davam etdirilir.

Qurumdan qeyd olunub ki, məsələ ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: “Formula 1” hərəkət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью