Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışına beynəlxalq maraq rekord həddə çatıb. Yarışı izləmək üçün paytaxta gələn xarici qonaqların sayı 16 mini ötüb.
XQ xəbər verir ki, bu, Formula 1-in Bakıda keçirildiyi illər ərzində qeydə alınan ən yüksək göstəricidir. Ötən il Azərbaycan Qran-Prisi üçün Bakıya 14 min xarici turist gəlmişdi.
Yubiley yarışına marağın artması bilet satışlarının coğrafiyasında da özünü göstərib. Bu il Qran-Prinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Nəticədə Bakı növbəti dəfə dünyanın müxtəlif ölkələrindən Formula 1 həvəskarlarını bir araya gətirib.