Formula 1 : Bəhreyn Qran prisində cümə günü arxada qaldı

02.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Formula-1" çempionatının 16-cı mərhələsi olan Bəhreyn Qran-prisində cümə günü sessiyalarına yekun vurulub.

Avtosfer.az xəbər verir ki, təqvimdə mövsümün əvvəlində Yaxın Şərqdəki məlum hadisələr səbəbindən təxirə salınmış Bəhreyn Qran-prisi bu həftəsonu Malayziyada keçirilir.

Malayziyanın Kuala-Lumpur şəhərindəki Sepanq Beynəlxalq Avtodromunda bu gün nahara qədər "Red Bull" komandasından Maks Ferstappen ən yaxşı nəticəyə imza atıb. Niderlandlı pilot ən sürətli dövrəsini 1 dəqiqə 37.520 saniyəyə başa vurub.

Nahardan sonra isə "Ferrari"nin pilotu Şarl Lekler 1:37.528 nəticə ilə ikinci sərbəst yürüşün ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, oktyabrın 3-də, şənbə günü iştirakçılar üçüncü məşq və təsnifat mərhələsində güclərini sınayacaqlar. Dünya çempionatının 16-cı mərhələsinin əsas yarışı isə oktyabrın 4-də, bazar günü baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью