Formula 1 Belçika Qranprisi ilə müqavilənin müddətini uzatdı

08.01.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi "X" hesabı məlumat yayıb.

Anlaşmaya əsasən, Belçika Qran-prisi 2026, 2027, 2029 və 2031-ci illərdə də təqvimdə yer alacaq.

Qeyd edək ki, 2025-ci ildə bu ölkədəki yarış iyulun 25-27-si aralığında gerçəkləşəcək. Azərbaycan Qran-prisi isə sentyabrın 19-21-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью