“Formula 1” Çin Qran Prisindən sonra “Ferrari”nin iki sürücüsü diskvalifikasiya edilib

24.03.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının Çin Qran Prisi mərhələsində yarışın nəticələrinə görə “Ferrari”nin sürücüsü olan britaniyalı Lyuis Hemilton və monakolu Şarl Lekler diskvalifikasiya ediliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Lekler avtomobilin çəkisinin uyğun olmadığına görə, Xemilton isə sürüşmə taxtasının həddindən artıq aşınması üçün yarışdan kənarlaşdırılıb.

Həmçinin fransız pilot Pyer Qasli də avtomobilinin çəkisinin adekvat olmamasına görə diskvalifikasiya edilib.

Lekler 5-ci, Hamilton 6-cı, Qasli 11-ci yeri tutub. Yarış bazar günü baş tutub və qalib “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью