Formula 1 də növbəti dayanacaq Yaponiya

04.04.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Formula 1 Dünya Çempionatında həyəcan, mövsümün üçüncü mərhələsi olan Yaponiya Qran Prisi ilə davam edir.

Yarış, Suzuka şəhəri ilə eyni adı daşıyan 5,8 kilometrlik trasda baş tutacaq. Pilotlar 53 dövrəlik bu trasda mübarizə aparacaqlar. Sıralama turları sabah, 5 aprel saat 09:00-da (Bakı vaxtı ilə), əsas yarış isə 6 aprel bazar günü saat 08:00-da başlayacaq.

Mövsümün ilk iki yarışında McLaren komandasının pilotları Lando Norris və Oskar Piastri qalib gəliblər.

Yaponiya Qran Prisi öncəsi pilotlar və komandalar reytinqində ilk 5-lik belədir:

Pilotlar:

1. Lando Norris (Böyük Britaniya) – 44 xal

2. Maks Ferstappen (Hollandiya) – 36 xal

3. Corc Rassell (Böyük Britaniya) – 35 xal

4. Oskar Piastri (Avstraliya) – 34 xal

5. Andrea Kimi Antonelli (İtaliya) – 22 xal

Komandalar:

1. McLaren – 78 xal

2. Mercedes – 57 xal

3. Red Bull – 36 xal

4. Williams – 17 xal

5. Ferrari – 17 xal

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью