Formula 1 də tarixi rekord 20 yaşlı pilot dünya çempionu oldu

02.11.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mercedes” komandasının pilotu Kimi Antonelli 2026-cı il Formula 1 üzrə dünya çempionatının qalibi olub.

Apasport.az xəbər verir ki, italiyalı sürücü mövsümün 19-cu mərhələsi olan Meksika Qran-prisində üçüncü yeri tutaraq çempionluğunu rəsmiləşdirib.

Bununla da 20 yaşlı Antonelli mövsümün başa çatmasına dörd yarış qalmış dünya çempionu adını qazanıb. O, Formula 1 tarixində bu uğura imza atan ən gənc pilot olub.

İtaliyalı sürücü 2010-cu ildə 23 yaşında çempion olan Sebastyan Fettelin rekordunu yeniləyib. Antonelli həmçinin XXI əsrdə anadan olmuş ilk Formula 1 dünya çempionu kimi tarixə düşüb.

Gənc pilotun uğuru İtaliya üçün də tarixi əhəmiyyət daşıyır. Belə ki, ölkə təmsilçisi sonuncu dəfə 1953-cü ildə Alberto Askari ilə dünya çempionluğu qazanmışdı.

Meksika Qran-prisinin qalibi isə “Red Bull”un pilotu Maks Ferstappen olub. “Ferrari”dən Lüis Hemilton ikinci, Antonelli isə üçüncü yeri tutub.

Qeyd edək ki, cari mövsümdə 9 yarışda qalib gələn Antonelli 380 xalla pilotların sıralamasında birinci yerdədir. Ferstappen 261 xalla ikinci, Hemilton isə 259 xalla üçüncüdür. Mövsümün növbəti yarışı noyabrın 8-də Braziliyada keçiriləcək.

Yığmamız Asiya Kubokunun II mərhələsində iştirak edəcək Yığmamız Dünya Kubokunda 4-cü olub Formula 1 Afrikaya qayıdır – 10 illik müqavilə Triatlonçularmız Misirə yollanıb "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью