Formula 1 də yeni komanda: Təqdimat videosu yayıldı

04.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Formula 1" komandası "Cadillac"ın mətbuat xidməti sosial şəbəkələrdə amerikalı kollektivin təqdimat videosunu yayımlayıb.

Oxu.Az xəbər verir ki, komanda 2026-cı il mövsümündə yarışlarda debüt edəcək.

"Cadillac" çempionatda iştirak edən 11-ci komanda olacaq.

Əvvəlcə əfsanəvi pilot Mario Andretti tərəfindən qurulan "Andretti" komandası çempionata qoşulmaq üçün müraciət edib və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiqlənib, lakin "Formula 1" rəhbərliyi bu müraciəti rədd edib.

Daha sonra Andretti "General Motors" ilə əməkdaşlığı genişləndirərək "Cadillac" komandasının yaranmasına səbəb olub.

Hal-hazırda amerikalı kollektiv heç bir pilotunun adını açıqlamayıb. Son dövrlərdə mediada meksikalı pilot Serxio Peresin komandanın üzvü ola biləcəyi barədə şayiələr yayılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью