Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar tətbiq olunan yol məhdudiyyətləri aradan qaldırılıb. Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.
Əsas yarışın başa çatmasından sonra şəhərdə trek infrastrukturu və Azneft dairəsindəki tribunaların sökülməsi ilə bağlı işlərə başlanılıb. Məhdudiyyətlərin böyük hissəsi sentyabrın 27-si gecə saat 00:00-dan qüvvədən düşüb.
Saat 12:30-dan etibarən isə yolların demək olar ki, hamısında hərəkət tam bərpa edilib. Yalnız Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissədə məhdudiyyət saxlanılıb.
XQ