Formula 1 dən sonra yollar açıldı

28.09.2026

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.

Doğru.az xəbər verir ki, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunaların sökülməsi işləri aparılıb və mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.

Yarışın keçirildiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyət bu gün saat 00:00-dan etibarən başa çatıb.

Saat 12:30-dan etibarən Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi həftəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın daha rahat təşkili üçün əlavə imkanlar yaradılıb. Səhər və axşam saatlarında bir sıra əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılıb.

2026-cı ildə nəqliyyatın hərəkəti üçün imkanlar daha da genişləndirilib. İlk dəfə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunub.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью