Formula 1 ə bilet satışı başlayıb | Icma.az
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına start verilib.Bakı
Həmçinin “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 faiz güzəştlə bilet almaq mümkündür.
Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir.
Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar.
Qeyd edək ki, ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub.
Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.Qeyd edək ki, Bakının 9-cu dəfə evsahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq.
Bu, mövsümün 17-ci Qran-Prisi olacaq.. L.QURBANOVA XQ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu