Formula 1: ƏbuDabi Qranprisinin qalibi müəyyənləşdi

08.12.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Formula-1" üzrə dünya çempionatında 2024-cü ilin son yarışı keçirilib.
Fanat.Az xəbər verir ki, mövsümün son Qran-Prisi Abu-Dabidə baş tutub.
"Maklaren"in sürücüsü Lando Norris yarışın qalibi olub. Növbəti yerləri "Ferrari" pilotları tutublar. Yürüşü Karlos Sayns ikinci, Şarl Lekler isə üçüncü pillədə başa vurub. Dünya çempionu Maks Ferstappen ("Red Bull") son yarışda 6-cı olub.
Yekunda Ferstappen mövsümü 437 xalla başa vurub. Norris 374, Lekler isə 356 xal toplayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью